"Criptocom Ltd" MMM

“Criptocom Ltd” MMM 28 yanvar 1998-ci ildə elektronika şirkəti kimi fəaliyyətə başlamışdır. Fəaliyyətinin ilk illərində Daxili İşlər Nazirliyinin rabitə avadanlıqlarına texniki xidmət götərmişdir. 2001-ci ildən Rapiscan şirkətinin Azərbaycanda rəsmi distributoru kimi təftiş rentgen aparatlarının (X-ray aparatı), metal detektorlarının, partlayıcı və narkotik analizatorlarının və s. avadanlıqların satışı və servis xidmətini həyata keçirir. 2003-cü ildən Motorolanın simsiz rabitə üzrə Azərbaycan nümayəndəsi olaraq Motorolanın rabitə avadanlıqlarının satışını və servis xidmətini göstərmişdir.

Hazırda Criptocom Ltd əsasən Rapiscanın istehsalı olan, Amerika və Avropanın standartlarına cavab təhlükəsizlik sistemləri üçün nəzərdə tutulmuş avadanlıqların satışını və servis xidmətini həyata keçirir. Amerika şirkəti olan Rapiscan Systems dünyanın ən məşhur təftiş avadanlığı istehsalçısı və təchizatçısıdır. Bu gün Rapiscan sistemləri planetin ən böyük və inkişaf etmiş 100-dən çox ölkəsində istifadə olunur.

Şirkətimiz bir çox dövlət müəssisə və xidmətlərində Rapiscan avadanlığını istismara vermişdir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Nazirlər Kabineti, Vergilər Nazirliyi, Xarici İşlər Nazirliyi, Daxili İşlər Nazirliyi, Konstitusiya Məhkəməsi, Heydər Əliyev Mərkəzi, Konqres Mərkəzi, ASAN Xidmət mərkəzləri, Mərkəzi Bank, Port Baku, Səngəçal terminalı, Heydər Əliyev adına Beynəlxalq Hava Limanı, regionlardakı digər hava limanları və Bakının bütün metro stansiyalarında Rapiscan avadanlıqları istismar olunur.

Respublikamızda keçirilən beynəlxalq tədbirlərdə - 2012 Avroviziya, 2015 Avropa Oyunları, Formula1 yarışları, 2017 İslam Həmrəyliyi Oyunlarında dünya brendi Rapiscan avadanlıqlarından istifadə olunub. Bütün bu tədbirlərdə təhlükəsizlik avadanlıqlarının fasiləsiz işinin təmin edilməsində Criptocom şirkətinin mühəndislərinin də böyük əməyi olub.

Şirkətimiz daima Rapiscan brendinin adını və servis xidmətinin səviyyəsini yüksəkdə saxlamağa çalışır. Mühəndislərimiz mütəmadi olaraq Rapiscanın ixtisasartırma kurslarında iştirak edirlər.

sertifikat
sertifikat
sertifikat
sertifikat